SİYASƏT


Sabah Milli Məclisin növbəti plenar iclası keçiriləcək

Bakı, 18 fevral, AZƏRTAC

Fevralın 19-da Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

Parlamentin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasın gündəliyinə 27 məsələ daxildir.

Əvvəlcə Milli Məclisin gənclər və idman komitəsinin tərkibində dəyişikliklər edilməsi haqqında müzakirələr aparılacaq.

Sonra deputatlar “Kitabxana işi haqqında”, “Dövlət rüsumu haqqında”, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında”, “Patent haqqında”, “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” qanunlarda, Əmək və Cəzaların İcrası məcəllələrində dəyişiklik edilməsi barədə qanun layihələrinə üçüncü oxunuşda baxacaqlar. Bundan başqa, “Azərbaycan Respublikasının Dövlət gerbinin istifadəsi qaydaları haqqında” və “Azərbaycan Respublikasının Dövlət himninin istifadəsi qaydaları haqqında” qanun layihələri üçüncü oxunuşda müzakirə olunacaq.

İclasda “Əmanətlərin tam sığortalanması haqqında”, “Əmək pensiyaları haqqında”, “Üzümçülük və şərabçılıq haqqında”, “Azərbaycan Respublikasında dövlət dili haqqında” və “Reklam haqqında” qanunlarda və İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihələri də nəzərdən keçiriləcək.

Deputatlar, həmçinin “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunlarda, Cəzaların İcrası və İnzibati Xətalar məcəllələrində, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Reklam haqqında”, “Gənclər siyasəti haqqında” qanunlarda və İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihələrinə ikinci oxunuşda baxacaqlar. Bundan əlavə “Ümumi təhsil haqqında” qanun layihəsi də ikinci oxunuşda müzakirəyə çıxarılacaq.

Eyni zamanda, iclasda “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Telekommunikasiya haqqında” qanunlarda, Mülki Prosessual Məcəlləsində və “İpoteka haqqında” Qanunda, İnzibati Xətalar və Cinayət məcəllələrində dəyişiklik edilməsi barədə qanun layihələri birinci oxunuşda müzakirə ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.