İDMAN


Sabah Sarayevoda cüdo üzrə Avropa kuboku yarışı start götürəcək

Bakı, 6 may, AZƏRTAC

Mayın 7-də Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda böyüklər arasında cüdo üzrə Avropa kuboku yarışı start götürəcək.

Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iki gün davam edəcək yarışda Azərbaycan yığması qadınların mübarizəsində altı idmançı ilə təmsil olunacaq. Belə ki, məşqçi Vüqar Hüseynovun rəhbərliyi ilə turnirdə Aytac Qardaşxanlı, Nərgiz Hacıyeva, Diana Şoranova (63 kq), Südabə Ağayeva, Günel Həsənli (70 kq), Aytəkin Paşazadə (78 kq) iştirak edəcəklər.

Yarışda dünyanın 27 ölkəsindən 252 idmançı medallar və reytinq xalları uğrunda mübarizə aparacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.