İQTİSADİYYAT


Sabah Xocalı prospekti istiqamətində avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Sabah Xocalı prospekti istiqamətində avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Bakı, 25 fevral, AZƏRTAC

Fevralın 26-sı Xocalı soyqırımının 29-cu ildönümü günü Xətai rayonu Xocalı prospekti “Ana harayı” abidəsi qarşısında keçiriləcək anım tədbiri ilə əlaqədar həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyət səbəbindən bir sıra müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkəti müvəqqəti olaraq dəyişdiriləcək.

Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, dəyişiklik ümumilikdə 7 müntəzəm marşrut xəttini (4, 21, 30, 32, 46, 49 və 175) əhatə edir. Qeyd olunan müntəzəm xətlər üzrə avtobusların hərəkəti digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçə və prospektlərdən keçməklə təşkil ediləcək.

Dəyişiklik fevralın 26-da səhər saat 08:00-dan məhdudiyyət tam aradan qaldırılanadək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.