Sabah “Yüksəliş” müsabiqəsinə qeydiyyat yekunlaşır
AzerTAg.az

Bakı, 30 mart, AZƏRTAC
Sabah üçüncü “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi başa çatacaq.
AZƏRTAC xəbər verir ki, 21–51 yaş arasında olan, ali təhsilli, azı 2 il idarəçilik təcrübəsinə malik Azərbaycan Respublikasının vətəndaşları qeydiyyatdan keçərək müsabiqədə iştirak edə bilər.
Qeydiyyat “Yüksəliş” müsabiqəsinin saytı vasitəsilə həyata keçirilir.
Xatırladaq ki, üçüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2022-ci il dekabrın 20-də Sərəncam imzalanıb.
“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər tərəfindən 1 illik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.
Xəbərin mətnində orfoqrafik səhv var