ELM VƏ TƏHSİL


Sabah ali təhsil müəssisələrinə qəbul olanların qeydiyyatı başlanır

Bakı, 24 sentyabr, AZƏRTAC

Tələbə adı qazananlar sentyabrın 25-dən oktyabrın 7-dək sənədlərini qəbul olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, qeydiyyat ali təhsil müəssisələri tərəfindən onlayn qaydada həyata keçirilir. Abituriyentlər ali məktəblərin internet saytlarının müvafiq bölmələrinə daxil olmaqla, qeydiyyat üçün tələb olunan sənədlər və onlayn qeydiyyat forması ilə tanış ola bilərlər.

Ali təhsil müəssisələrinə qəbul olanların siyahısı “Abituriyent” jurnalının 7-ci sayında dərc ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.