CƏMİYYƏT


Sabah bəzi bölgələrdə havanın hərarəti 46 dərəcəyə yüksələcək

Bakı, 2 iyul, AZƏRTAC

Azərbaycanda iyulun 3-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 25-27°, gündüz 40-43° isti, Bakıda gecə 25-27°, gündüz 40-42° isti olacağı ehtimalı var.

Atmosfer təzyiqi normadan aşağı - 757 millimetr civə sütunu, nisbi rütubət gecə 50-60, gündüz 25-35 faiz təşkil edəcək.

Abşeronun şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada dəniz suyunun temperaturu 28-29°, cənub çimərliklərində isə - Türkan, Hövsan, Sahil və Şıxda 29-30° isti olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Anomal isti hava şəraiti ilə bağlı günorta saatlarında 11:00-17:00-dək günəş şüalarının birbaşa təsiri altında uzun müddət olmaq risklidir.

Xəbərdarlığa görə, iyulun 3-4-də Bakıda və Abşeron yarımadasında anomal qızmar hava şəraitinin davam edəcəyi, maksimal hərarətin 40-43° isti olacağı gözlənilir.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna əsasən, iyulun 3-4-də Abşeron yarımadasında isti hava dalğası ilə bağlı qızmar temperatur diskomfortu əksər əhali üçün əlverişsiz, meteohəssas insanlar üçün risklidir. Gündüz saatlarında uzun müddət açıq havada olmaq məsləhət görülmür.

Azərbaycanın rayonlarında iyulun 3-də hava şəraitinin günəşli olacağı proqnozlaşdırılır. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 22-27°, gündüz 40-44°, bəzi yerlərdə 46°, dağlarda gecə 16-21°, gündüz 28-33° isti olacağı bildirilir.

Naxçıvan Muxtar Respublikasında (MR) hava günəşli olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 21-26°, gündüz 40-44°, bəzi yerlərdə 46° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava yağmursuz keçəcək. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-21°, gündüz 28-33° isti olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava günəşli olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 21-26°, gündüz 38-42° isti olacağı ehtimalı var.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava yağmursuz keçəcək. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 20-25°, gündüz 36-41° isti, dağlarda gecə 15-20°, gündüz 25-30° isti olacağı bildirilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava günəşli olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 22-27°, gündüz 40-44°, bəzi yerlərdə 46° isti olacağı proqnozlaşdırılır.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava günəşli olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 22-26°, gündüz 37-42° isti, dağlarda gecə 17-22°, gündüz 28-33° isti olacağı ehtimal edilir.

Xəbərdarlığa əsasən, iyulun 3-4-də ölkə ərazisində anomal qızmar hava şəraitinin davam edəcəyi, Bakıda və Abşeron yarımadasında maksimal temperaturun 40-43°, Aran rayonlarında və Naxçıvan MR-də 40-44°, bəzi yerlərdə 46°, Qazax-Gəncə zonası, Böyük Qafqaz, Lənkəran-Astara rayonlarında 38-42°, dağlıq rayonlarda isə 28-33° dərəcə isti olacağı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.