CƏMİYYƏT
Sabah çimərliklərdə dəniz suyunun hərarəti 30 dərəcəyə çatacaq
Bakı, 3 iyul, AZƏRTAC
Azərbaycanda iyulun 4-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı gözlənilir. Cənub-şərq küləyi axşam şimal küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 25-27°, gündüz 39-41° isti olacaq.
Abşeronun şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada dəniz suyunun temperaturu 28-29° isti olacaq. Cənub çimərliklərində isə - Türkan, Hövsan, Sahil və Şıxda 29-30° isti olacaq.
Cənub-şərq küləyi axşam şimal küləyi ilə əvəz olunacaq. Anomal isti hava şəraiti ilə bağlı günorta saatlarında 11:00-17:00-dək günəş şüalarının birbaşa təsiri altında uzun müddət olmaq risklidir.
Naxçıvan Muxtar Respublikasında hava günəşli olacaq, zəif şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 21-26°, gündüz 38-43° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava yağmursuz keçəcək, şərq küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 18-23°, gündüz 28-33° isti olacaq.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava günəşli olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 22-27°, gündüz 35-40° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava yağmursuz keçəcək. Şərq küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 33-38° isti, dağlarda gecə 15-20°, gündüz 27-32° isti olacağı bildirilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava günəşli olacaq. Şərq küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 22-27°, gündüz 39-44° isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava günəşli olacaq. Zəif şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 22-26°, gündüz 36-40° isti, dağlarda gecə 17-22°, gündüz 29-34° isti olacağı ehtimal edilir.