İDMAN


“Sabah” doğma meydanda “Kəpəz”ə məğlub olub

Bakı, 25 yanvar, AZƏRTAC

Yanvarın 25-də futbol üzrə Azərbaycan kubokunun səkkizdəbir final mərhələsi çərçivəsində “Sabah” doğma meydanda “Kəpəz”i qəbul edib.

AZƏRTAC xəbər verir ki, “Bank Respublika Arena”da keçirilən qarşılaşmaya meydan sahibləri fəal başlayıblar. Görüşdə hesabı birinci hissəyə əlavə edilmiş dəqiqələrdə Bakı təmsilçinin müdafiəçisi Filip İvanoviç açıb. Matçın 68-ci dəqiqəsində isə Gəncə klubu hesabı bərabərləşdirməyə nail olub. Samir Qurbanov “Kəpəz”in birinci qolunu vurub. Görüşün 84-cü dəqiqəsində isə Gəncə təmsilçisi hesabda önə keçib. Əli Səmədov vurduğu qolla komandasına qələbə qazandırıb.

Ölkə kubokunun səkkizdəbir final mərhələsinin digər oyunlarında “Səbail” öz meydanında “Zaqatala”nı (3:2), “Qəbələ” səfərdə “Turan Tovuz”u (2:0), “Zirə” isə “Qaradağ Lökbatan”ı (4:0) məğlub edib.

Azərbaycan kubokunun dörddəbir final mərhələsində isə “Sumqayıt” – “Səbail”, “Qarabağ” – “Qəbələ”, “Neftçi” – “Zirə” və “Keşlə” - “Kəpəz” klubları üz-üzə gələcəklər. Dörddəbir final mərhələsinin birinci matçları fevralın 1-2-də, cavab görüşləri isə ayın 6-7-də keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.