İDMAN
“Sabah” futbol klubu yeni mövsüm üçün formalarını təqdim edib
Bakı, 19 avqust, Nicat Məmmədov, AZƏRTAC
Avqustun 19-da paytaxtın “Sabah” klubu 2019-2020-ci il mövsümü üçün formalarını təqdim edib.
AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, formalar “Macron” firması tərəfindən klubun təqdim etdiyi xüsusi dizaynla hazırlanıb.
Ev oyunları üçün nəzərdə tutulmuş forma klubun əsas – göy və ağ rənglərindədir. Göy və ağ rəngləri ciddilik, məqsədyönlülük, inam və güc-qüvvəti əks etdirir. Bu rənglərin formalaşdırdığı zolaqlar məhz həmin amillərin vəhdətidir.
Səfər oyunları üçün hazırlanmış forma isə “Sabah”ın Futbol Akademiyasının bünövrəsini təşkil edən “Vətən” futbol məktəbinin rənglərinə uyğun olaraq sarı və qara rənglərdədir. Formanın üzərində əks olunmuş günəş şüaları sabaha açılan yeni gün, yeni ümidlər və yeni qələbələri təcəssüm etdirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [16:23]
Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir
- 19.04.2024 [16:01]
Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır
- 19.04.2024 [15:55]
“Qəbələ” israilli futbolçu ilə vidalaşıb
- 19.04.2024 [15:51]
PFL-in prezidenti: Qəzadan sonra 9 dəfə əməliyyat olundum - MÜSAHİBƏ
- 19.04.2024 [15:19]
MOK-da Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüş olub
- 19.04.2024 [15:12]