CƏMİYYƏT
Sabah hava əsasən yağmursuz keçəcək
Bakı, 20 sentyabr, AZƏRTAC
Azərbaycanda sentyabrın 21-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 18-21° isti, gündüz 25-30° isti təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi şimşək çaxanda arabir güclənəcək. Havanın temperaturu gecə 11-16° isti, gündüz 27-32° isti təşkil edəcək.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacağı, axşam isə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Cənub-qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Gecə 9-14° isti, gündüz 16-21° isti olacaq.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Cənub-qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Gecə 14-19° isti, gündüz 26-31° isti olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacağı, axşam isə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 12-17° isti, gündüz 22-27° isti, dağlarda gecə 7-12° isti, gündüz 13-18° isti olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Lakin axşam bəzi qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 14-19° isti, gündüz 27-32° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər dağlarda duman olacaq. Cənub-qərb küləyi gündüz dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 19-21° isti, gündüz 26-30° isti, dağlarda gecə 10-15° isti, gündüz 19-24° isti olacağı gözlənilir.