ELM VƏ TƏHSİL


Sabah ilin ikinci Günəş tutulması baş verəcək

Bakı, 3 dekabr, AZƏRTAC

Dekabrın 4-də ilin ikinci Günəş tutulması baş verəcək.

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından AZƏRTAC-a bildirilib ki, ikinci Günəş tutulması 2021-ci il dekabrın 4-də saat 09:29:16-da başlayacaq və 13:37:26-da sona çatacaq. Bu, tam Günəş tutulmasıdır. Onun maksimumu 11:34:38-də olacaq. Qismən tutulma hadisəsi Avstraliyanın cənubu, Afrikanın cənubu, Cənubi Amerikanın cənubu, Sakit, Atlantik, Hind okeanlarında, tam tutulma isə Antarktidada müşahidə olunacaq. Tutulma hadisəsi Azərbaycanda müşahidə olunmayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.