ELM VƏ TƏHSİL
Sabah informatika üzrə fənn olimpiadasının I mərhələsi keçiriləcək
Bakı, 21 yanvar, AZƏRTAC
Sabah informatika fənni üzrə respublika fənn olimpiadasının rayon (şəhər) mərhələsi keçiriləcək.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, onlayn formatda təşkil olunacaq olimpiada yanvarın 22-si saat 10:00-da 8-9-cu siniflər, 13:00-da 10-cu siniflər və 16:00-da 11-ci siniflər üçün keçiriləcək. Hər bir yaş qrupu üçün olimpiadanın birinci turunun müddəti 2 saat təşkil edir. Şagirdlərə həll etmək üçün alqoritmik məsələlər təqdim olunacaq. Yarış mühitində C++ və Phyton proqramlaşdırma dillərində yazılan həllər avtomatik sistem tərəfindən qəbul ediləcək.
Onlayn yarış mühitindən istifadə qaydaları ilə Təhsil Nazirliyinin saytındakı linkə vasitəsilə tanış olmaq mümkündür.