İDMAN


Sabah kişilər arasında şahmat üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşəcək

Bakı, 23 yanvar, AZƏRTAC 

Kişilər arasında şahmat üzrə Azərbaycan çempionatında səkkizinci turun oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, aktivində 6,5 xal olan İsmayıl Şahəliyev səkkiz turun nəticəsinə görə birinci yeri tutub. Məhəmməd Muradlı 6 xalla ikinci yerə sahib olub. Aktivlərində 5 xal olan Abdulla Qədimbəyli və Ülvi Bacarani 3-4-cü yerləri bölüşürlər.

İsveçrə sistemi üzrə keçirilən ölkə çempionatına sabah yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.