İDMAN


“Sabah” klubu Azərbaycan Premyer Liqasında 50-ci qələbəsini qazanıb

“Sabah” klubu Azərbaycan Premyer Liqasında 50-ci qələbəsini qazanıb

Bakı, 19 mart, AZƏRTAC

“Sabah” futbol klubu Azərbaycan Premyer Liqasında 50-ci qələbəsini qazanıb. Bu, mövsümün XXVII turuna təsadüf edib.

AZƏRTAC Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, Bakı klubu səfərdə “Zirə”yə 2:0 hesabı ilə qalib gəlib. Paytaxt təmsilçisi 131-ci qarşılaşmada “50”yə çatıb. “Sabah” ölkə çempionatları tarixində ən azı 50 dəfə qalib gələn 24-cü komanda olub. Bu, həm də 25-ci səfər qələbəsi kimi tarixə düşüb. “Sabah” rəqib meydanında 66 dəfə qüvvəsini sınayıb.

Qeyd edək ki, Premyer Liqada ilk qələbə 2018-ci il avqustun 12-də qeydə alınıb. Həmin gün “Sabah” səfərdə “Keşlə”ni (indiki “Şamaxı”) 1:0 hesabı ilə məğlub edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.