İDMAN


“Sabah” klubu Cavid İmamverdiyev ilə üçillik müqavilə imzalayıb

Bakı, 11 iyul, AZƏRTAC 

Azərbaycan Premyer Liqasının debütantı “Sabah” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Cavid İmamverdiyevin keçidi ilə bağlı “Sumqayıt”la razılıq əldə edilib. Azərbaycan millisinin əsas üzvlərindən olan yarımmüdafiəçi ilə üçillik müqavilə bağlanılıb.

İmamverdiyev yeni klubunun mətbuat xidmətinə açıqlamasında “Sabah”ı karyerasında yeni səhifə adlandırıb: “Bu kluba keçməklə karyeramda yeni səhifə açdım. Klub ilk dəfə Azərbaycan Premyer Liqasında çıxış edəcək.

“Sabah” klubuna keçdiyimə görə məmnunam. Komandanın Premyer Liqada uğurlu çıxışına öz oyunumla töhfə vermək istəyirəm. Əsas məqsədim həm klub rəhbərliyi, həm də baş məşqçinin mənə olan etimadını tam doğrultmaqdır”, – deyə Cavid İmamverdiyev bildirib.

Baş məşqçi Elşad Əhmədov da İmamverdiyevin keçidi ilə bağlı fikirlərini bölüşüb: “Cavid kimi futbolçuya istənilən komandada ehtiyac var. Hər bir baş məşqçi istəyər ki, onun kimi təcrübəli futbolçuya sahib olsun. Cavid Azərbaycan futbolunda öz sözünü demiş oyunçulardandır. İnanıram ki, o, bizim komandanın aparıcı üzvlərindən birinə çevriləcək. Cavid həm də yığmamızın üzvüdür. Ümid edirəm ki, klubumuzdakı yaxşı çıxışı ilə milliyə dəvət almağa davam edəcək”.

Qeyd edək ki, Cavid İmamverdiyev karyerası ərzində “Karvan”, “Neftçi”, “Elazığspor” (Türkiyə) və “Sumqayıt”ın formasını geyinib. İyirmi səkkiz yaşlı yarımmüdafiəçi Azərbaycan yığmasının formasında çıxdığı 7 oyunda 1 qol vurub. O, millinin bu il keçirdiyi altı qarşılaşmanın hamısında meydana çıxmaq şansı qazanıb.

Xatırladaq ki, futbolçu İdman Araşdırmalar Mərkəzinin 2017-2018-ci il mövsümünün ən yaxşı oyunçusu seçilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.