“Sabah” klubu “Səbail”ə böyük hesabla qalib gəlib
AzerTAg.az
06.02.2023 [21:01]

Bakı, 6 fevral, AZƏRTAC
“Sabah” – “Səbail” matçı ilə futbol üzrə Azərbaycan Premyer Liqasında XXI tura yekun vurulub.
AZƏRTAC xəbər verir ki, turun son oyununda “Sabah” klubu böyük hesablı qələbə qazanıb – 4:0.
“Bank Respublika Arena”da oynanılan matçda qolları Davit Volkov (2 top), Coy Lens Mikels və Emmanuel Apeh vurublar.
Bu qələbədən sonra xallarının sayını 52-yə çatdıran “Sabah” turnir cədvəlinin ikinci pilləsindəki yerini möhkəmlədib. Sonuncu pillədə olan “Səbail”in isə aktivində 13 xal var.
Turun digər oyunlarında “Kəpəz” “Qarabağ”la (1:1), “Zirə” “Qəbələ” ilə (2:2) heç-heçə edib, “Neftçi” “Sumqayıt”ı öz meydanında (2:0), “Turan Tovuz” isə “Şamaxı”nı səfərdə (1:0) məğlub edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri
25.03.2023 [18:45]
25.03.2023 [18:17]
MULTİMEDİA
25.03.2023 [19:57]
25.03.2023 [18:48]
25.03.2023 [15:14]
25.03.2023 [21:00]
25.03.2023 [20:18]
25.03.2023 [19:47]
25.03.2023 [17:29]
25.03.2023 [16:34]
25.03.2023 [16:24]
25.03.2023 [16:09]
25.03.2023 [15:58]
25.03.2023 [16:58]
25.03.2023 [16:54]
25.03.2023 [15:54]
18.03.2023 [10:07]
17.03.2023 [12:49]
25.03.2023 [13:40]
25.03.2023 [13:08]
25.03.2023 [16:36]
25.03.2023 [15:44]
25.03.2023 [18:12]
25.03.2023 [17:43]
25.03.2023 [17:18]
Xəbərin mətnində orfoqrafik səhv var