İDMAN


“Sabah” klubu baş məşqçisi Jelko Sopiçlə yollarını ayırıb

Bakı, 3 iyul, AZƏRTAC

Bakının “Sabah” futbol klubu baş məşqçisi Jelko Sopiçlə yollarını ayırıb.

AZƏRTAC kluba istinadla xəbər verir ki, 43 xorvatiyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Paytaxt təmsilçisi Sopiçə göstərdiyi xidmətlərə görə təşəkkür edib və ona gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, ötən ilin dekabrında baş məşqçi postuna gətirilmiş Jelko Sopiçin klubla müqaviləsi 2021-ci ilin yayında başa çatmalı idi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.