İDMAN


“Sabah” klubu gürcüstanlı futbolçu ilə üçillik müqavilə imzalayıb

Bakı, 4 avqust, AZƏRTAC

Növbəti mövsümə hazırlığı davam etdirən Bakının “Sabah” klubu heyətini daha bir futbolçu ilə gücləndirib.

AZƏRTAC kluba istinadla xəbər verir ki, gürcüstanlı hücumçu Mixeil Erqemlidze bundan sonra Bakı təmsilçisinin uğurları üçün çalışacaq.

İyirmi iki yaşlı futbolçu ilə üçillik müqavilə bağlanıb.

“Dinamo”nun (Tbilisi, Gürcüstan) yetirməsi olan Erqemlidze karyerası ərzində bu klubun əsas komandası ilə yanaşı, Gürcüstanın “Çixura”, “Qaqra” və Türkiyənin “Adana Demirspor” klublarında çıxış edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.