İDMAN


“Sabah” klubu heyətini yeni futbolçu ilə gücləndirib

Bakı, 14 yanvar, AZƏRTAC

Bakının “Sabah” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

AZƏRTAC kluba istinadla xəbər verir ki, yarımmüdafiəçi Coşqun Diniyev bundan sonra “Sabah”ın uğurları üçün çalışacaq. İyirmi üç yaşlı futbolçu ilə üçillik müqavilə bağlanıb. Yeni transfer “Sabah”da 91 nömrəli forma geyinəcək.

C.Diniyev karyerası ərzində “İnter” və “Qarabağ” klublarında çıxış edib. O, Azərbaycan millisində 8 oyun keçirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.