İDMAN


“Sabah” klubu millimizin qapıçısını heyətinə qatıb

Bakı, 29 iyun, AZƏRTAC

Bakının “Sabah” futbol klubu heyətinə yeni oyunçu cəlb edib.

AZƏRTAC xəbər verir ki, Bakı təmsilçisi Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının qapıçısı Nicat Mehbalıyevlə üçillik müqavilə bağlayıb.

On doqquz yaşlı qapıçı karyerası ərzində “Qarabağ” və “Sumqayıt” klublarında çıxış edib.

Qeyd edək ki, “Sabah” daha əvvəl Amin Seydiyev, İdris İnqilablı, Samir Məhərrəmli və Slavik Alxasovu heyətinə qatıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.