İDMAN


“Sabah” klubu monteneqrolu futbolçunu transfer edir

Bakı, 30 iyul, AZƏRTAC

Bakının “Sabah” futbol klubu yeni legioner transfer etmək niyyətindədir.

AZƏRTAC xəbər verir ki, paytaxt klubunun Nikola Vuyadonoviçin keçidi ilə bağlı məsələləri həll etdiyi bildirilir. Monteneqrolu futbolçunun avqustun 5-dək “Sabah”ın düşərgəsində olacağı gözlənilir. Müdafiəçi ilə birillik müqavilə imzalanacaq.

Futbolçunun sonuncu komandası Sloveniyada “Domjale” olub. O, karyerası ərzində İspaniyanın “Osasuna”, Polşanın “Lex”, Avstriyanın “Şturm” klublarının uğurları üçün çalışıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.