İDMAN


“Sabah” klubu serbiyalı hücumçu ilə yollarını ayırıb

Bakı, 27 oktyabr, AZƏRTAC

Bakının “Sabah” klubu hücumçu Petar Şkuletiçlə yollarını ayırıb.

AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, serbiyalı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Futbolçunun şəxsi məsələləri ilə bağlı klubdan ayrılmaq istəyinə müsbət cavab verilib.

Şkuletiçə xidmətlərinə görə təşəkkür edilib, ona gələcək karyerasında uğurlar arzulanıb.

Qeyd edək ki, Bakı təmsilçisi Petar Şkuletiç ilə sentyabrın 14-də ikiillik müqavilə bağlanılmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.