İDMAN


“Sabah” klubu ukraynalı futbolçu ilə üçillik müqavilə imzalayıb

Bakı, 17 iyul, AZƏRTAC

“Sabah” futbol klubu növbəti transferini gerçəkləşdirib.

AZƏRTAC kluba istinadla xəbər verir ki, Azərbaycan Premyer Liqasının debütantı ukraynalı futbolçu Vitali Kvaşukla 3 illik müqavilə bağlanıb.

Kiyev “Dinamo”sunun yetirməsi olan Kvaşuk karyerası ərzində Ukraynanın “Metallurq 2” (Donetsk), “Zarya 2” (Luqansk), “Olimpik” (Donetsk), Belarusun “Torpedo” (Jodino), “Vitebsk” və “Neman Qrodno” klublarında top qovub. Onun son çıxış etdiyi komanda “Neman Qrodno” olub.

İyirmi beş yaşlı yarımmüdafiəçi “Sabah”da 7 nömrəli formada çıxış edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.