İDMAN


“Sabah” klubu yeni məşqçi ilə müqavilə imzalayıb

Bakı, 16 iyul, AZƏRTAC

Bakının “Sabah” futbol klubu yeni məşqçi təyinatını reallaşdırıb.

AZƏRTAC klubun saytına istinadən xəbər verir ki, Bakı təmsilçisi ispaniyalı fiziki hazırlıq üzrə məşqçi David Madurqa Dieslə müqavilə bağlayıb.

Madurqa məşqçi karyerası ərzində İspaniyanın “Saraqosa”, “Konkense”, “Deportivo San Fernando” və “El Exido” klublarında çalışıb.

Qeyd edək ki, ispaniyalı mütəxəssis UEFA-nın PRO kateqoriyasına malikdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.