CƏMİYYƏT


Sabah ölkə ərazisində 31 dərəcə isti olacaq

Bakı, 10 oktyabr, AZƏRTAC 

Ölkə ərazisində oktyabrın 11-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Arabir güclənən mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 15-18°, gündüz 21-24° isti, Bakıda gecə 16-18°, gündüz 22-24° isti olacaq. Atmosfer təzyiqi 766 millimetr civə sütunundan 761 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 55-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin Lənkəran-Astara zonasında arabir yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi gündüz əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 14-19°, gündüz 26-31° isti, dağlarda gecə 9-14°, gündüz 16-21° isti olacağı ehtimal edilir.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, oktyabrın 11-də Abşeron yarımadasında mülayim gilavar küləyi bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 9-14°, gündüz 26-31° isti olacağı proqnozlaşdırılır.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Qərb küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 7-12°, gündüz 16-21° isti olacağı bildirilir.

Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz dağlıq ərazilərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 13-18°, gündüz 25-30° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 9-14°, gündüz 22-28° isti, dağlarda gecə 4-9°, gündüz 15-20° isti olacağı ehtimal edilir.

Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 14-19°, gündüz 26-31° isti olacağı ehtimalı var.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında arabir yağış yağacağı ehtimal edilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 15-18°, gündüz 22-27° isti, dağlarda gecə 10-15°, gündüz 18-22° isti olacağı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.