CƏMİYYƏT
Sabah ölkə ərazisində 35 dərəcə isti olacaq
Bakı, 23 may, AZƏRTAC
Ölkə ərazisində mayın 24-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi ehtimalı var. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 17-20°, gündüz 25-30° isti, Bakıda gecə 17-19°, gündüz 28-30° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 760 civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 40-50 faiz təşkil edəcək.
Abşeronun şimal çimərliklərində-Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu 18-19° isti təşkil edəcək.
Cənub çimərliklərində-Türkan, Hövsan, Sahil, Şıxda şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu 20-21° isti olacaq.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, mayın 24-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü meteohəssas insanlar üçün əlverişlidir.
Azərbaycanın əksər rayonlarında hava şəraitinin yağmursuz keçəcəyi, lakin səhər Naxçıvan Muxtar Respublikasının və Kiçik Qafqazın bəzi yerlərində şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 16-21°, gündüz 30-35° isti, dağlarda gecə 9-14°, gündüz 16-21° isti olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz olacaq. Lakin səhər bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış
yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 10-15° isti, gündüz 27-32° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 9-14° isti, gündüz 16-21° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava yağmursuz olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 16-21° isti, gündüz 28-33° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 15-20° isti, gündüz 26-31° isti, dağlarda gecə 10-15° isti, gündüz 17-22° isti olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava yağmursuz olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 16-21° isti, gündüz 30-35° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava yağmursuz keçəcək. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 17-20° isti, gündüz 27-32° isti, dağlarda gecə 10-15° isti, gündüz 20-25° isti olacağı gözlənilir.
Xəbərdarlığa görə, mayın 25-i gündüz əsasən qərb rayonlarında, mayın 26-sı gündüzdən 27-si axşamadək əksər rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu mayın 26-27-də tədricən 4-7° aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.