CƏMİYYƏT
Sabah ölkə ərazisində ən yüksək və aşağı temperatur hansı rayonlarda qeydə alınacaq?
Bakı, 10 aprel, AZƏRTAC
Aprelin 11-də Azərbaycanda gündüz ən isti temperatur Mərkəzi Aran rayonlarında qeydə alınacaq.
AZƏRTAC Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə istinadla xəbər verir ki, həmin bölgədə havanın temperaturu gündüz 13-18° isti olacaq. Gecə ən aşağı temperatur isə Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən, Gədəbəy rayonlarında qeydə alınacaq. Belə ki, həmin rayonlarda havanın temperaturunun gecə 1-6° şaxta olacağı gözlənilir. Bununla yanaşı, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında dağlarda gecə 3-8° şaxta olacağı proqnozlaşdırılır.
Bakıda və Abşeron yarımadasında isə havanın temperaturu gecə 6-9°, gündüz 12-16° isti olacaq.