CƏMİYYƏT


Sabah ölkə ərazisində havanın yağıntılı olacağı gözlənilir

Bakı, 8 yanvar, AZƏRTAC 

Ölkə ərazisində yanvarın 9-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakının və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Gündüz saatlarında yağış qısamüddətli fasilələrlə yağacaq. Arabir güclənən cənub-qərb küləyinin əsəcəyi, axşam güclü şimal-qərb küləyi ilə əvəzlənəcəyi, gecəyə doğru arabir şiddətlənəcəyi ehtimal edilir. Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7°, gündüz 9-12° isti, Bakıda gecə 5-7°, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi 754 millimetr civə sütunundan 764 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Sinoptiklərin tibbi-meteoroloji xəbərdarlığına görə, yanvarın 9-da Abşeron yarımadasında atmosfer təzyiqinin enməsi fonunda arabir güclənən gilavar küləyinin əsəcəyi, yanvarın 9-u axşamdan 10-u gündüzədək güclü xəzri küləyi ilə əvəzlənəcəyi gözlənilir. Meteoroloji amillərin qısa müddətə belə təzadlı dəyişkənliyi əksər əhali üçün əlverişsizdir.

Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış, dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 0-5°, yüksək dağlıq ərazilərdə 7-11° şaxta, gündüz 3-8° isti olacağı bildirilir.

Naxçıvan Muxtar Respublikasının bəzi yerlərində səhər və gündüz havanın yağıntılı olacağı, qar yağacağı gözlənilir. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, dağlıq ərazilərdə 7-11° şaxta, gündüz 4-9° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcərin, həmçinin Daşkəsən-Gədəbəy rayonlarının bəzi yerlərində gündüz havanın yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 3-8° isti olacağı proqnozlaşdırılır.

Gəncə şəhərinin, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarının bəzi yerlərində yağış yağacağı ehtimal edilir. Səhər ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti olacağı bildirilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarının bəzi yerlərində havanın yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti, dağlarda gecə 7-11° şaxta, gündüz 0-5° isti olacağı ehtimalı var.

Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərinin, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarının bəzi yerlərində yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti olacağı ehtimal edilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarının bəzi yerlərində yağış yağacağı ehtimalı var. Gündüz saatlarında yağış fasilələrlə yağacaq. Dağlarda duman olacaq. Havanın temperaturunun gecə 3-5°, gündüz 8-11° isti, dağlarda gecə 1° şaxtadan 3° isti, gündüz 5-10° isti olacağı gözlənilir.

Respublikanın bölgələrində qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.