CƏMİYYƏT


Sabah ölkə ərazisində havanın yağıntılı olacağı gözlənilir

Bakı, 14 fevral, AZƏRTAC 

Azərbaycanda fevralın 15-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın tutulub açılacağı, bəzi yerlərdə arabir çiskinli olacağı, gecəyə doğru yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək, axşam mülayim şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 3-6°, gündüz 7-10° isti, Bakıda gecə 3-5°, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 764 millimetr civə sütunu, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5°, gündüz 6-10° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacağı ehtimal edilir.

Sinoptiklərin xəbərdarlığına görə, fevralın 15-dən 16-na keçən gecədən başlayaraq 17-si səhərədək Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, arabir saniyədə 15-20 metrədək güclənəcək.

Xəbərdarlığa görə, fevralın 14-ü axşamdan 17-si gündüzədək respublikanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Yağıntının bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir saniyədə 18-23 metrədək güclənəcək.

Naxçıvan Muxtar Respublikasının bəzi yerlərində havanın yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, dağlıq ərazilərdə 5-8° şaxta, gündüz 5-10° isti olacağı bildirilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcərin, həmçinin Daşkəsən-Gədəbəy rayonlarının bəzi yerlərində havanın yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 0-5° isti olacaq.

Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 6-10° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-9° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı ehtimalı var.

Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı proqnozlaşdırılır. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5°, gündüz 6-10° isti olacağı bildirilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3-6°, gündüz 7-10° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-7° isti olacağı ehtimal edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.