CƏMİYYƏT
Sabah ölkə ərazisində havanın yağıntılı olacağı proqnozlaşdırılır
Bakı, 19 fevral, AZƏRTAC
Azərbaycanda fevralın 20-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, gecəyə doğru yağışın sulu qara keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim şimal küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 1-3°, gündüz 5-7° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 768 millimetr civə sütunundan 772 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.
Fevralın 20-də Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Duman olacaq, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-6° isti, dağlarda gecə 7-12°, gündüz 0-5° şaxta olacağı ehtimal edilir. Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, fevralın 20-21-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Naxçıvan Muxtar Respublikasında arabir qar yağacağı, duman olacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-8° şaxta, gündüz 0-3° isti olacaq. Gecə və səhər yollar buz bağlayacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən, Gədəbəy rayonlarında arabir qar yağacağı, duman olacağı gözlənilir, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 7-12°, gündüz 0-5° şaxta olacağı proqnozlaşdırılır. Gecə və səhər yollar buz bağlayacaq.
Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında arabir qar yağacağı, duman olacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 1°-dək isti, gündüz 2-6° isti olacağı bildirilir. Gecə və səhər yollar buz bağlayacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti, dağlarda gecə 10-15°, gündüz 3-8° şaxta olacağı ehtimalı var. Gecə və səhər yollar buz bağlayacaq.
Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında gün ərzində arabir yağış, sulu qar, qar yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-6° isti olacağı ehtimal edilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı proqnozlaşdırılır. Gecə və səhər saatlarında duman olacaq. Şimal-şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 0-2°, gündüz 3-5° isti, dağlarda gecə 3-6°, gündüz 0-3° şaxta olacağı gözlənilir.