CƏMİYYƏT
Sabah ölkə ərazisində havanın yağmursuz olacağı gözlənilir
Bakı, 24 iyul, AZƏRTAC
Ölkə ərazisində iyulun 25-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi, lakin gecəyə doğru yarımadanın bəzi yerlərində şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 23-26°, gündüz 31-36° isti, Bakıda gecə 24-26°, gündüz 32-34° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı - 754 millimetr civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 45-50 faiz təşkil edəcək.
Abşeronun şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada dəniz suyunun hərarəti 26-27°, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil və Şıxda isə 27-28° isti olacaq. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, iyulun 25-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanın rayonlarında iyulun 25-də hava şəraitinin yağmursuz keçəcəyi, lakin günün birinci yarısında Kiçik Qafqazın bəzi yerlərində şimşək çaxacağı, qısamüddətli yağış yağacağı proqnozlaşdırılır. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 20-25°, gündüz 34-39° isti, dağlarda gecə 12-17°, gündüz 20-25° isti olacağı bildirilir.
Naxçıvan Muxtar Respublikasında hava yağmursuz keçəcək. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 18-23°, gündüz 34-39° isti olacağı ehtimalı var.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava yağmursuz keçəcək. Lakin günün birinci yarısında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 12-17°, gündüz 20-25° isti olacaq.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava yağmursuz keçəcək. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 20-25°, gündüz 31-36° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava yağmursuz keçəcək. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 17-22°, gündüz 30-35° isti, dağlarda gecə 12-17°, gündüz 22-27° isti olacağı proqnozlaşdırılır.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava yağmursuz keçəcək. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 20-25°, gündüz 34-39° isti olacağı bildirilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava yağmursuz keçəcək. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 23-25°, gündüz 32-37° isti, dağlarda gecə 15-20°, gündüz 23-28° isti olacağı ehtimal edilir.