CƏMİYYƏT


Sabah paytaxtda 35, bəzi bölgələrdə 39 dərəcə isti olacaq

Bakı, 7 avqust, AZƏRTAC

Ölkə ərazisində avqustun 8-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 22-25°, gündüz 30-35°, Bakıda gecə 22-24°, gündüz 33-35° isti olacağı ehtimalı var.

Atmosfer təzyiqi normadan aşağı - 755 millimetr civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 45-55 faiz təşkil edəcək.

Abşeronun şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada dəniz suyunun temperaturu 26-27°, cənub çimərliklərində isə - Türkan, Hövsan, Sahil və Şıxda isə 27-28° isti olacaq. Şimal küləyi əsəcək, gündüz arabir sürətlənəcək.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, avqustun 8-də Abşeron yarımadasında gündüz arabir güclənən xəzri küləyi əsəcək ki, bu da meteohəssas insanlar üçün müsbət amildir.

Bakıda və Abşeron yarımadasında avqustun 9-u gündüzdən 11-i axşamadək şimal-qərb küləyinin arabir sürətlənəcəyi proqnozlaşdırılır. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5° enəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin səhər və axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı ehtimal edilir. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25°, gündüz 34-39° isti, dağlarda gecə 12-17°, gündüz 23-28° isti olacaq.

Naxçıvan Muxtar Respublikasında hava yağmursuz olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 19-24°, gündüz 32-37° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin səhər və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, axşam ayrı-ayrı yerlərdə arabir sürətlənəcək.

Havanın temperaturu gecə 12-17°, gündüz 23-28° isti olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava yağmursuz keçəcək. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 20-25°, gündüz 31-36° isti olacağı bildirilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin səhər və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir sürətlənəcək.

Havanın temperaturunun gecə 17-22°, gündüz 29-34° isti, dağlarda gecə 10-15° gündüz 22-27° isti olacağı proqnozlaşdırılır.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava yağmursuz keçəcək. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 20-25°, gündüz 34-39° isti olacağı ehtimal edilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava yağmursuz keçəcək. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 23-25°, gündüz 31-36° isti, dağlarda gecə 15-20°, gündüz 26-31° isti olacaq.

Avqustun 8-i axşam şimal və qərb rayonlarından başlayaraq avqustun 12-dək Azərbaycanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5° enəcək. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarında qısamüddətli daşqın və sel olacağı bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.