CƏMİYYƏT


Sabah paytaxtda arabir yağış yağacaq

Bakı, 3 dekabr, AZƏRTAC 

Azərbaycanda dekabrın 4-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın buludlu olacağı, gün ərzində arabir yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 5-7°, gündüz 8-10° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək - 773 millimetr civə sütunu, nisbi rütubət 70-80 təşkil edəcək.

Dekabrın 4-də Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və şərq rayonlarında yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2-7°, gündüz 8-11° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, dekabrın 4-də Abşeron yarımadasında rütubətli hava şəraitinin üstünlüyü gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.