CƏMİYYƏT


Sabah paytaxtda günortadan sonra hava yağmursuz olacaq

Bakı, 8 avqust, AZƏRTAC 

Avqustun 9-da Bakıda və Abşeron yarımadasında günün birinci yarısında qısamüddətli yağış yağacaq. Temperatur 27-30° arasında dəyişəcək. Mülayim şimal-şərq küləyi əsəcək. Günortadan sonra havanın yağmursuz keçəcəyi gözlənir.

Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

G.Məmmədova qeyd edib ki, Bakıda və Abşeron yarımadasında avqustun 10-da havanın yağmursuz olacağı proqnozlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.