CƏMİYYƏT
Sabah paytaxtda hava əsasən yağmursuz keçəcək
Bakı, 18 noyabr, AZƏRTAC
Azərbaycanda noyabrın 19-na gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 4-6°, gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 776 millimetr civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.
Noyabrın 19-da Azərbaycanın rayonlarında arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3-6°, gündüz 6-9° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-6° isti olacağı ehtimal edilir.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, noyabrın 19-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü və iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:27]
Avqustun 30-u axşamadək əksər rayonlarda hava yağıntılı olacaq
- 27.08.2023 [23:39]
Asif Verdiyev: Yağışlarla əlaqədar əksər çaylarda sululuq artıb
- 27.08.2023 [17:31]
Faktiki hava: Hazırda ölkə ərazisində yağmursuz hava şəraiti hökm sürür
- 27.08.2023 [13:00]
Sabahın hava proqnozu açıqlanıb
- 26.08.2023 [17:00]
Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir
- 26.08.2023 [11:04]
Qeyri-sabit, yağıntılı hava şəraiti avqustun 27-si səhərədək davam edəcək
- 25.08.2023 [22:32]
Paytaxt havasında dəm qazının miqdarı normanı ötüb
- 25.08.2023 [22:23]