ELM VƏ TƏHSİL


Sabah peşə təhsili müəssisələrinə qəbul olunanların qeydiyyatı başlanır

Bakı, 21 avqust, AZƏRTAC

Sabah peşə təhsili müəssisələrinə qəbul olunanların qeydiyyatı başlanır.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, ixtisas seçimindən müvəffəqiyyətlə keçən şəxslər avqustun 22-dən 27-dək təhsil haqqında sənədin əslini, tibbi arayış, şəxsiyyət vəsiqəsinin surətini, 3x4 sm ölçüdə 4 ədəd fotoşəkil, hərbi mükəlləfiyyət barədə sənədi (hərbi mükəlləfiyyətlilər) qəbul olunduqları peşə təhsili müəssisəsinə təqdim etməlidirlər.

Xatırladaq ki, peşə təhsili müəssisələrinə qəbul şəhadətnamə və ya attestat əsasında müvafiq fənlərin orta balı nəzərə alınmaqla müsabiqə yolu ilə “ASAN xidmət” mərkəzlərində elektron qaydada həyata keçirilib. Əlilliyi olan şəxslərin, həmçinin valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların peşə təhsili müəssisələrinə qəbulu müsabiqədənkənar aparılıb.

Peşə təhsili müəssisələrinə qəbul olunmaq üçün 11000-dən çox ərizəçi müraciət edib. Onlardan 8808-i peşə təhsili müəssisələrinə qəbul olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.