İDMAN


Sabah qadın həndbolçular arasında 2023-cü il dünya çempionatının ilk təsnifat mərhələsinin püşkü atılacaq

Bakı, 28 iyun, AZƏRTAC

İyunun 29-da qadın həndbolçular arasında 2023-cü il dünya çempionatının ilk təsnifat mərhələsinin püşkü atılacaq.

AZƏRTAC xəbər verir ki, Avstriyanın paytaxtı Vyanada keçiriləcək mərasimdə Azərbaycan millisinin də rəqibi bəlli olacaq.

Avropa çempionatına vəsiqə qazana bilməyən 18 komanda 2 səbətə bölünüb. Bu raundda 9 cütlük pley-offa yüksəlmək üçün 2 oyundan ibarət görüşlər keçirəcək.

Azərbaycan millisi 2-ci səbətdə yer alıb.

Birinci səbətə Avstriya, Slovakiya, İslandiya, Türkiyə, Ukrayna, Farer adaları, Portuqaliya, Yunanıstan, İtaliya komandaları daxildir. İkinci səbətdə isə Azərbaycan, Kosovo, İsrail, Finlandiya, Lüksemburq, Bosniya və Herseqovina, Bolqarıstan, Böyük Britaniya, Latviya kollektivləri yer alıb.

Qeyd edək ki, ilk təsnifat mərhələsinin matçları 2-3 və 5-6 noyabrda keçiriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.