İDMAN


Sabah stronqmen və “strict curl” üzrə Azərbaycan çempionatları keçiriləcək

Bakı, 11 sentyabr, AZƏRTAC

Sentyabrın 12-də Bakı Su İdmanı Sarayının ərazisində güc idman növləri - stronqmen və “strict curl” üzrə Azərbaycan çempionatları keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təsdiq olunmuş karantin qaydalarına uyğun keçiriləcək yarışdan əvvəl hər bir iştirakçı koronavirus testindən keçəcək. Bütün idmançılar, eləcə də məşqçilər, hakimlər və rəsmilərin hərarəti ölçüləcək, xüsusi dezinfeksiyaedici məhlullardan istifadə olunacaq. Yarış tibbi maskadan istifadə və ara məsafəsi gözlənilməklə açıq havada təşkil olunacaq.

Stronqmen yarışları üç hərəkət və 4 çəki dərəcəsi – 80, 95, 110 kiloqram və 110 kiloqramdan yuxarı təşkil olunacaq ölkə birinciliyinin baş hakimi beynəlxalq dərəcəli hakim Eldar Məmmədov olacaq. Yarışda 20 idmançı gücünü sınayacaq.

“Strict curl” yarışlarında isə idmançılar U-23 və böyüklər yaş kateqoriyalarında mübarizə aparacaqlar. Hər kateqoriya üzrə 10 çəki dərəcəsində 50 idmançı birincilik uğrunda yarışacaq.

Qaliblər Azərbaycan Stronqmen Federasiyası tərəfindən medal və xatirə hədiyyələri ilə mükafatlandırılacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.