İDMAN


“Sabah” təlim-məşq toplanışında Gürcüstan klubu ilə qarşılaşacaq

Bakı, 14 iyul, AZƏRTAC

Təlim-məşq toplanışının ikinci mərhələsini Gürcüstanda keçirəcək "Sabah"ın rəqiblərindən biri müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, paytaxt təmsilçisi “Samqurali” komandası ilə qarşılaşacaq. Bu barədə Gürcüstan klubunun mətbuat xidməti məlumat yayıb. Görüş iyulun 23-də keçiriləcək.

“Samurqali” ötən mövsümün sonunda yüksək liqaya vəsiqə qazanıb.

Qeyd edək ki, Gürcüstanda 2 həftəlik toplanışda olacaq “Sabah”ın 4 yoxlama matçı keçirməyi planlaşdırılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.