İDMAN


“Sabah” və “Dinamo” arasında əməkdaşlıq çərçivəsində növbəti görüş olub

Bakı, 30 mart, AZƏRTAC

Bakının “Sabah” və Xorvatiyanın “Dinamo” (Zaqreb) futbol klubları arasında əməkdaşlıq çərçivəsində növbəti görüş olub.

AZƏRTAC Bakı klubuna istinadla xəbər verir ki, görüş Zaqreb təmsilçisinin U-19 komandasının baş məşqçisi İvan Senzen ilə “Sabah” Akademiyasının məşqçiləri arasında olub.

Onlayn şəkildə keçirilən görüş zamanı Senzen məşqçilərlə öz təcrübəsini bölüşüb, “Dinamo”nun aşağı yaş qruplarında keçirilən fiziki məşqlərin metodikası barədə məlumat verib.

Daha sonra “Sabah” Akademiyasının məşqçiləri İ.Senzenə onlara maraqlı olan sualları ünvanlayıblar.

Növbəti görüşün “Dinamo” (Zaqreb) Futbol Akademiyasında keçirilən taktiki məşqlər barədə olması nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.