İQTİSADİYYAT


Sabahdan Formula 1 trekinin əhatə etdiyi yollarda məhdudiyyətlər aradan qaldırılacaq

Sabahdan Formula 1 trekinin əhatə etdiyi yollarda məhdudiyyətlər aradan qaldırılacaq

Bakı, 7 iyun, AZƏRTAC

Formula 1 trekinin əhatə etdiyi digər küçə və prospektlərdə nəqliyyatın hərəkətinə tətbiq edilən məhdudiyyətlər plana uyğun olaraq iyunun 8-də səhər saat 06:00-da aradan qaldırılacaq.

Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, buna baxmayaraq, Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar hazırlanan nəqliyyat planında müəyyən dəyişikliklər edilib.

Dəyişikliyə əsasən, trekin əhatə etdiyi bəzi küçə və prospektlərdə hərəkətə tətbiq edilən məhdudiyyətlər vaxtından əvvəl aradan qaldırılıb. Belə ki, bu gündən Bəhram Gur heykəlinin qarşısından “Azneft dairəsi”, Niyazi və İstiqlaliyyət küçələri istiqamətində nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.

“Azneft dairəsi” - Niyazi küçəsi - İstiqlaliyyət küçəsi - B.Sərdarov küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyət aradan qaldırıldığından 5, 6, 53, 88, 125 və 127 nömrəli marşrutların “20-ci Sahə dairəsi”, 65 nömrəli marşrutun isə “Azneft dairəsi” istiqamətində fəaliyyəti bərpa edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.