İQTİSADİYYAT


Sabahdan Sabunçu qəsəbəsinin bir hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

Bakı, 29 iyul, AZƏRTAC

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi paytaxtın Sabunçu rayonunda nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması ilə bağlı məlumat yayıb.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, iyulun 30-da saat 08:00-dan iyulun 31-i saat 20:00–dək Sabunçu rayonunun, Sabunçu qəsəbəsi, Asif Əsədullayev və Əslidar Məmmədəliyev küçələrinin kəsişməsində yerləşən dairədə aparılacaq təmir işləri ilə əlaqədar, nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Sürücülərdən aparılacaq təmir işlərinə anlayışla yanaşmaları, qeyd olunan tarixlərdə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.