İQTİSADİYYAT


Sabahdan Sumqayıt sərnişin stansiyası ərazisində avtomobillərin ödənişli əsaslarla parklanması mümkün olacaq VİDEO

Bakı, 31 avqust, AZƏRTAC

Sumqayıt sərnişin stansiyası ərazisində avtomobillərinizi gün ərzində ödənişli əsaslarla park edə bilərsiniz.

“Azərbaycan Dəmir Yolları” QSC-dən AZƏRTAC-a bildirilib ki, parklanma ərazisi yerüstü və yeraltı olmaqla 2 hissədən ibarətdir.

Ərazidə eyni anda 120 avtomobilin durması üçün şərait yaradılıb. Yerüstü parklanmada 75, yeraltı parklanmada isə 45 avtomobil üçün yerlər ayrılıb. Yerüstü dayanacaqlarda 12 saat üçün durma haqqı 50 qəpikdir. Yeraltı dayanacaqlarda 12 saatlıq durma haqqı 1 AZN-dir.

Ödənişlər yalnız ADY-nin keçid kartları vasitəsilə həyata keçirilir. 12 saatdan sonrakı hər 3 saatadək əlavə durmaya görə müvafiq ödəniş tələb olunur. Yəni yerüstü parklanmada əlavə 50 qəpik, yeraltı parklanmada isə əlavə 1 AZN ödənilir. Qeyd edək ki, ADY keçid kartlarını bütün sərnişin stansiyalarının kassalarından əldə edə bilərsiniz.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.