ELM VƏ TƏHSİL
Sabahdan dövlət qulluğu üzrə ümumi müsahibə başlayır
Bakı, 13 fevral, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən yanvarın 4-də elan edilmiş altı dövlət orqanında inzibati vəzifələrin 4-7-ci təsnifatına uyğun vəzifələrin A və B növü üzrə ümumi müsahibənin vaxtı müəyyənləşib.
DİM-dən AZƏRTAC-a bildiriblər ki, namizədlərlə müsahibələr fevralın 14-dən 22-dək aparılacaq. Ümumi müsahibədə iştirak etmək üçün ərizə qəbulu yekunlaşıb və 89 nəfərin müraciəti qeydə alınıb.
Xatırladaq ki, müsahibəyə 40 vakant vəzifə çıxarılıb. DİM tərəfindən ümumi müsahibə üzrə sənəd qəbulu yalnız elektron qaydada həyata keçirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [18:49]
Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”
- 25.04.2024 [18:31]