“Sabahın alimləri” ikinci Respublika müsabiqəsinin qalibləri mükafatlandırılmışlar
AzerTAg.az
Bakı, 11 fevral (AZƏRTAC). “Kempinski Badamdar” hoteli mehmanxanasında “Sabahın alimləri” II Respublika müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilmişdir.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, Təhsil, Gənclər və İdman nazirliklərinin və “Mədəd Azərbaycan” qurumunun birgə təşkilatçılığı ilə keçirilən müsabiqəyə Bakı və Sumqayıt şəhərlərindəki ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri qatılmışlar.
Müsabiqənin yekununda münsiflər heyəti tərəfindən müəyyən olunmuş qaliblərə pul mükafatı, diplom və medallar təqdim edilmişdir.
Sonra münsiflər heyəti tərəfindən qaliblər arasından 5 şagird mayda ABŞ-ın Arizona ştatının Finiks şəhərində keçiriləcək İntel İSEF-Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak etmək üçün seçilmişdir.
Mərasimdə çıxış edən təhsil naziri Misir Mərdanov müsabiqənin əhəmiyyətindən danışmış, onu izləmək məqsədi ilə Bakıya gəlmiş İntel İSEF-in MDB ölkələri üzrə meneceri Tatyana Nanayevaya və bilik yarışının təşkilində xidməti olan digər şəxslərə təşəkkürünü bildirmişdir.
Nazir qalibləri təbrik edərək onlara uğurlar arzulamışdır.
Xəbərin mətnində orfoqrafik səhv var