ELM VƏ TƏHSİL


“Sabahın alimləri” ilə görüş

“Sabahın alimləri” ilə görüş

Bakı, 9 fevral, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun baş direktoru biologiya elmləri doktoru, professor Ulduz Həşimova “Sabahın alimləri” XII respublika müsabiqəsində iştirak edəcək şagirdlərlə görüş keçirib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, U.Həşimova son vaxtlar institut əməkdaşlarının rəhbərliyi ilə “Sabahın alimləri” respublika müsabiqəsində iştirak edən şagirdlərin uğurundan danışıb. O bildirib ki, 2017-2022-ci illərdə “Sabahın alimləri” respublika müsabiqəsində biologiya elmləri doktorları Xədicə İsmayılovanın, Arif Mehdiyevin, biologiya üzrə fəlsəfə doktoru Pərvanə Şükürovanın rəhbərliyi ilə hazırlıq keçmiş 132-134 saylı Təhsil Kompleksinin və 200 nömrəli məktəbin şagirdləri respublika üzrə I və III yer tutaraq qalib olublar.

Daha sonra institutun laboratoriya rəhbəri Rəşad Şolan “Sabahın alimləri” şagirdlərin hazırlıq prosesi haqqında məlumat verib. Bildirib ki, müsabiqədə iştirak hüququ qazanan “Azərbaycan populyasiyasında xroniki böyrək xəstələrində böyrək köçürülməsinin effektivliyinin və həyat keyfiyyətinə təsirinin araşdırılması” layihəsi üzrə 132-134 saylı Təhsil Kompleksinin şagirdləri Ziya Babayev və Mirzə Seyidov kliniki-laborator parametrlərinin statistik təhlili əsasında materialların toplanması və yığımı istiqamətində işləri uğurla davam etdirirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.