CƏMİYYƏT
Sabahın hava proqnozu açıqlanıb
Bakı, 6 avqust, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata əsasən, avqustun 7-də Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq. Zəif şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 23-26° isti, gündüz 34-39° isti olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında hava günəşli olacaq, zəif şərq küləyi əsəcək. Temperaturun gecə 21-26° isti, gündüz 37-42° isti olacağı ehtimalı var.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava yağmursuz keçəcək, zəif şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 15-20° isti, gündüz 28-33° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava günəşli olacaq, zəif şərq küləyi əsəcək. Temperaturun gecə 20-25° isti, gündüz 34-39° isti olacağı ehtimalı var.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava yağmursuz keçəcək, zəif şərq küləyi əsəcək. Temperaturun gecə 19-24° isti, gündüz 33-38° isti, dağlarda gecə 13-18° isti, gündüz 26-31° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava günəşli olacaq. Zəif şərq küləyi əsəcək. Temperaturun gecə 21-26° isti, gündüz 35-40° isti olacağı ehtimalı var.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava günəşli olacaq, zəif şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 23-25° isti, gündüz 33-38° isti, dağlarda gecə 14-19° isti, gündüz 28-33° isti olacağı gözlənilir.