ELM VƏ TƏHSİL
“Sabahın məktəbi” mövzusunda vebinar
Bakı, 26 fevral, AZƏRTAC
“Sabahın məktəbi” mövzusunda vebinar keçirilib.
Bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. Bildirilib ki, təhsil prosesinin iştirakçıları olan tərəflərin görüşünün keçirilməsində əsas məqsəd müasir dövrdə məktəbin rolu və məktəbdən gözləntilərin nədən ibarət olduğu haqqında müzakirələr aparmaqdan ibarət olub.
Vebinarda BŞTİ-nin nəzdində fəaliyyət göstərən Təlimə Dəstək Mərkəzinin direktoru İlkin Həsənov, 214 nömrəli tam orta məktəbin direktoru Fəttah Fəttayev, 220 nömrəli məktəb-liseyin İngilis dili müəllimi Ofeliya Qafarova, 276 nömrəli tam orta məktəbin məzunu, ADA Universitetinin tələbəsi Əziz Kərimli, 287 nömrəli “Zəkalar” liseyinin VIII sinif şagirdi Zərifə Hüseynova və valideyn Təranə Salahova iştirak ediblər.
Onlayn tədbirdə mövzu ətrafında müzakirələr aparılıb, təhsil işçiləri, eləcə də valideyn və şagirdlərin sualları cavablandırılıb. Vebinar BŞTİ-nin və Təlimə Dəstək Mərkəzinin rəsmi “Facebook” səhifəsi üzərindən canlı yayımlanıb.