REGİONLAR


“Sabahın tədqiqatçıları” layihəsinin iştirakçıları yeni-yeni uğurlar əldə edirlər

Naxçıvan, 22 aprel, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin birgə təşkilatçılığı ilə “Sabahın tədqiqatçıları” layihəsi uğurla davam etdirilir.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, layihədə iştirak edən Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbin IX sinif şagirdi Hüseyn Bayramov elmi rəhbəri, AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun elmi işçisi Hüseyn Rəsulzadə ilə birgə “Naxçıvan Muxtar Respublikasının suda-quruda yaşayanları və onların biosenozlarda rolu” mövzusunda tədqiqat işi hazırlayıblar.

Hüseyn Bayramov “Naxçıvan Muxtar Respublikasında suda-quruda yaşayanların (Amphibia) növ müxtəlifliyi və onların biosenolarda rolu” adlı məqaləsinə görə Ümumrusiya informasiya-təhsil portalında Rusiya Federasiya Akademiyasının “pedaqoji layihələr” nominasiyası üzrə I yerə layiq görülüb, diplom və sertifikatla təltif edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.