İDMAN


Şaban Donat: Dünya çempionatında yığmamızın bütün üzvlərindən medal gözləyirik

Bakı, 12 oktyabr, AZƏRTAC 

Güləş üzrə Avropa çempionatında uğurla çıxış etdik. İndi ilin ən önəmli yarışına – dünya çempionatına hazırlaşırıq. Komandamızın heyəti yenidən formalaşdırılıb. Heyətə bir neçə gənc güləşçini cəlb etmişik. Azərbaycan güləşi hər zaman güclü olduğu üçün iddialı heyətimiz var. Medallar qazanacağımıza inanırıq.

AZƏRTAC xəbər verir ki, bunu oktyabrın 12-də yunan-Roma güləşi üzrə milli komandamızın baş məşqçisi Şaban Donat Macarıstanda keçiriləcək dünya çempionatına hazırlıqla bağlı jurnalistlərə müsahibəsində deyib.

Baş məşqçi bildirib ki, idmanda komandaların heyəti daim yenilənməlidir. Çünki rəqabət çox güclüdür. Daim enerjili və gənc güləşçilərə şans vermək lazımdır. Rəqiblərimizi təhlil etmişik. Güləş artıq bütün dünyada inkişaf edib. Ancaq biz öz gücümüzə güvənirik. Həm təcrübəli, həm də gənc güləşçilərimiz var.

“Rəsul Çunayevin zədəsi var idi. Ancaq müalicə kursu keçdikdən sonra yenidən yığmanın toplanışına qoşulub. Ondan hər zaman medal gözləmək olar. Ancaq biz yığmanın bütün üzvlərindən medal gözləyirik. Kim daha yaxşı və ağıllı strategiya ilə güləşəcəksə, o da fəxri kürsüyə qalxacaq. Dünya çempionatında bizi güclü rəqabət gözləyir”.

Qeyd edək ki, qadınlardan ibarət millimiz sentyabrın 20-28-də Budapeştdə keçiriləcək dünya çempionatına hazırlıq çərçivəsində təlim-məşq toplanışını Türkiyədə, sərbəst və yunan-Roma güləşi üzrə komandalarımız isə ölkəmizdə keçir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.